ASAN MÜRACİƏT mobil tətbiqi

vasitəsilə ictimai xarakterli müraciətlərinizi göndərə bilərsiniz

Our app

“ASAN müraciət” informasiya sisteminin (AMİS) idarəetmə işinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. AMİS-nin fəaliyyət prinsipləri:

İstifadə rahatlığı – məlumat mübadiləsinin, eləcə də istifadəçilərin AMİS-dən istifadəsinin rahat və əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;
Sərbəstlik və fasiləsizlik – AMİS-nin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fasiləsiz həyata keçirilməsi;
Funksionallıq və davamlı inkişaf – AMİS-nin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması, ən son texnologiyalardan istifadə edilməklə AMİS-nin daim təkmilləşdirilməsi;
Operativlik – məlumat mübadiləsinin və AMİS vasitəsilə müraciətlərin ən qısa müddətdə sistemin fəaliyyətində iştirak edən qurumlara göndərilməsi və istifadəçi tərəfindən həmin müraciətlərə baxılmanın nəticələrinin sistem üzərindən izlənilməsi;
Şəffaflıq – AMİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi

"ASAN müraciət" informasiya sisteminin əhatə etdiyi sahələr:

“Sahələr üzrə müraciətlərə baxılma nəticəsi”

Kommunal

Soyuq və isti su, elektrik və istilik enerjisi, qaz təminatının və məişət tullantılarının daşınmasının həyata keçirilməsi ilə bağlı təklif və şikayətlər

Yol

Küçə və yolların təmiri, yenidən qurulması, tikintisi, həmçinin yol qurğuları ilə bağlı təklif və şikayətlər

Nəqliyyat

Sərnişin nəqliyyatı, dayanacaqların quraşdırılması, marşrut avtobusları və s. ilə bağlı təklif və şikayətlər

İnfrastrukturun cari təmiri

Ümumi istifadədə olan obyektlərin elementlərinin vaxtından əvvəl aşınması, istismar göstəricilərinin aşağı olması, nöqsan və çatışmazlıqlar və s. ilə bağlı təklif və şikayətlər

İnfrastrukturun abadlaşdırılması

Ümumi istifadə olunan ərazilərin istismarının və estetik xüsusiyyətlərinin artırılmasına yönəlmiş təklif və şikayətlər

İnfrastrukturun təmizliyi

Ümumi istifadədə olan ərazi və obyektlərin təmizliyi ilə bağlı yaranan təklif və şikayətlər

Sistemin fəaliyyətində iştirak edən qurumlar: